Ucar rayonunun Qazyan kəndində kütləvi zəhərlənmə baş verib. APA-nın xəbərinə görə, kənddən bir ailənin 8 üzvü rayon mərkəzi xəstəxanasına müraciət edib və onlara zəhərlənmə diaqnozu qoyulub.
Məlumata görə, zəhərlənənlər Ələsgər, Teymur, Sərxan, Aygün, Məleykə, Zeynəb, Fuad, Leyla Əliyevalardır. Zəhərlənənlərdən 3-ü azyaşlıdır. Onların bazardan alınan pomidordan zəhərləndikləri bildirilir.
Həkimlərin bildirdiklərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib. Onların qidadan zəhərləndikləri məlum olub. Hazırda xəstəxanada olan şəxslərin vəziyyəti stabildir.
Azərbaycanda kütləvi zəhərlənmə baş verib
Ucar rayonunun Qazyan kəndində bir ailənin 8 üzvünə zəhərlənmə diaqnozu qoyulub.




Şərhlər