Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, şəhər sakini, 1940-cı il təvəllüdlü Asya Əhməd qızı İsmayılova bu gün işə gedərkən yıxılıb. Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib və o, hadisə yerində keçinib.
Qeyd edək ki, ölən şəxs jurnalistdir. A.İsmayılova 1964-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1960-cı ildən jurnalist ixtisası üzrə işləyən A.İsmayılova xeyli müddət imiş ki “Gəncənin səsi” qəzetində şöbə müdiri vəzifəsini yerinə yetirirmiş.
Azərbaycanda jurnalist faciəvi şəkildə öldü
Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib.




Şərhlər