Hadisə

Azərbaycanda fəhlələrin tikilisi yanıb

Dəhşətli yanğın Şəmkirdə baş verib.

· Xəbərçi
Azərbaycanda fəhlələrin tikilisi yanıb
Şəmkir rayonu ərazisində dəhşətli yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Seyfəli kəndində (rayon mərkəzindən 35 km aralı) qeydə alınıb. İnşaat işləri aparılan ərazidə fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyü yanıb.

Yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif xəsarətlər alıb. Yanğın saat 03:53 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər