Hadisə

Azərbaycanda ev partladı: ölən və xəsarət alan var

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

· Xəbərçi
Azərbaycanda ev partladı: ölən və xəsarət alan var
Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynəbəddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib. Ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər