Azərbaycanda diş oğruları tutuldu
    28 Fevral 2013 Cümə Axşamı 14:30
    Həmin şəxslərdən birinin üstündən narkotik maddə tapıldı.
    
                	 
    
         Lənkəranda stomotoloji kabineti qarət edən şəxslər tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Vasif Məmmədova məxsus stomotoloji kabinetdən 25-30 qram qızıl dişləri oğurlamış rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulublar. 
Ə.Məmmədovun evinə baxış zamanı 4,4 qram heroin və 15 ədəd qızıl diş aşkar edilərək götürülüb.
DOSTLARINLA PAYLAŞ: