Hadisə

Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü

Avtobus VAZ 2106-nın üstündən keçib

· Xəbərçi
Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü
Azərbaycanda dəhşətli yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi idarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza Şəmkir rayonu ərazisində qeydə alınıb. Qırmızıkörpü-Bakı xətti ilə hərəkət edən avtobus qarşıdan gələn VAZ 2106 markalı avtomobillə toqquşub. Sürətini saxlaya bilməyən avtobus avtomobilin üstündən keçib.

Hadisə nəticəsində VAZ 2106-da olan 5 nəfər ölüb. Məlumata görə, avtobusun sürücüsü hadisə yerində həbs edilib.

Faktla bağlı Respublika BDYP-nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər