Yasamal rayonunda iki nəqliyyat vasitəsinin toqquşması qəzaya səbəb olub.
Yasamal rayonu ərazisində də iki avtomaşın toqquşub. Hadisə xəsarətsiz ötüşüb.
Şər vaxtı paytaxtın Yasamal rayonu Azərbaycan prospektində iki nəqliyyat vasitəsinin toqquşması qəzaya səbəb olub. Hadisə zamanı Mirağa Əliyevin idarə etdiyi “Toyota” markalı avtomaşınla Mübariz Bəşirovun sükanı arxasında əyləşdiyi “Mersedes” toqquşub.
Hadisədən sonra “Mersedes”in sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi isə hadisə yerindən qaçmaq istəsə də, ara küçələrdə avtomaşının xarab olması onun yayınmasına imkan verməyib. Qeyd edək ki, qəza baş verən ərazidə əzilən avtomaşınların sahibləri arasında münaqişə də baş verib. Tərəflər hadisənin baş verməsində bir-birilərini günahlandırıblar.
Yol-nəqliyyat hadisəsi ilə bağlı isə Bakı şəhər Dövlət Yol Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir. Avtoqəzanın hansı sürücünün səhlənkarlığı ucbatından baş verdiyi hadisə yerində quraşdırılan müşahidə kamerasındakı görüntülər izlənəndən və ekspertizaların rəyi bəlli olandan sonra dəqiqləşəcək.