Hadisə

Azərbaycan Ordusunun hərbçisi yaralandı

Hadisə cəbhə bölgəsində qeydə alınıb.

· Xəbərçi
Azərbaycan Ordusunun hərbçisi yaralandı
Azərbaycan Ordusunun giziri yaralanıb. ANS PRESS-in məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Ramil Bayram oğlu Axundovun əlində qumbara fitili partlayıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlərlə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.

Şərhlər