Hadisə

Azerbaycan esgeri dünyasını deyişdi

21 yaşlı esger ürek çatışmazlığından vefat edib.

· Xəbərçi
Azerbaycan esgeri dünyasını deyişdi
Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Həmin hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib. Onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.

Əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidməti fakt təsdiqlənib.

Şərhlər