Ayı geoloqu yedi
27 May 2013 Bazar Ertəsi 23:18
Krosnayarskidə geoloqlar vəhşi heyvanın hücumuna məruz qalıblar.
Rusyanın Krasnoyarsk vilayətində tədqiqat aparan geoloqlar Sibir ayısının hücumuna məruz qalıblar. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə Evenki qəsəbəsində baş verib.

Məlumatda deyilir ki, пeoloqlar tədqiq edəcəkləri ərazidən ayrılaraq İndiqa çayında balıq tutmağa gediblər. Hadisə də çayın sahilində baş verib. Geoloqlar balıq tutan zaman ayı onlara hücum edib. Polis əməkdaşları hadisə yerinə çatana qədər ayı geoloqlardan birini parçalayıb, digərini isə ağır yaralayıb.

Qeyd edək ki, Sibirdə insanlar tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar. Oktyabr ayında da Şimali Sibirdə tədqiqat aparan geoloqlardan birini ayı parçalamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar