Axtarışda olan şəxs Rusiyada tutulub
07 Mart 2009 Şənbə 16:10
Rüfət Məmmədov soyğunçuluq etdiyinə görə axtarışda olub

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, tutulan Rüfət Məmmədov Yasamal rayon Polis İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olub. DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüfət Məmmədov Moskva şəhərində tutulub, onun ekstradisiya olunması üçün tədbirlər görülür. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar