Hadisə

Axtarışda olan 24 yaşlı gənc yaxalandı

Əlibala Həmidov oğurluq maddəsi ilə axtarışda olub

· Xəbərçi
Bakı şəhərində axtarışda olan şəxs yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan 24 yaşlı Əlibala Həmidov Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həmidov tutulub.

Faktla bağlı istintaq hərəkətləri aparılır.
ANSPRESS

Şərhlər