Avtoyuma məntəqəsində müəmmalı ölüm
05 İyun 2013 Çərşənbə 01:52
26 yaşlı Rasim Orucov mismardan asılmış vəziyyətdə tapılıb.
Quba rayonunda yerləşən avtoyuma məntəqəsində meyit aşkarlanıb. Quba Rayon Prokurorluğunun müstəntiqi Elvin Nəbizadənin ANS PRESS-in şimal bürosuna verdiyi məlumata görə, Quba rayonu, IIi Nüqədi kənd sakini, 1987-ci il təvəllüdlü Orucov Rasim Ramiz oğlu işlədiyi avtoyuma məntəqəsində mismardan asılmış vəziyyətdə tapılıb.
E. Nəbizadənin sözlərinə görə, hadisənin hansı zəmində baş verdiyi hələlik istintaqa məlum deyil. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda özünə qəsd maddəsilə cinayət işi açılıb. Araşdırma davam etdirilir.
Xatırladaq ki, R. Orucov iki gündür polislər tərəfindən axtarılırdı.
DOSTLARINLA PAYLAŞ: