Hadisə

Avtoriteti güllələyən tutuldu

Saxlanılan şəxsdən "Makarov" tipli tapança götürülüb.

· Xəbərçi
Avtoriteti güllələyən tutuldu
Gəncə sakinini odlu silahdan atəş açaraq yaralayan şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 23-də Gəncə şəhər sakini kriminal aləmdə tanınan İbrahim Xirətməndi qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini Elnur Məmmədov tutulub, ondan 1 ədəd "Makarov" tipli tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər