Hadisə

Avtomobil oğurlayan deste yaxalandı

Onlar Salyan yolunda saxlanılıb.

· Xəbərçi
Avtomobil oğurlayan deste yaxalandı
Bu gecə Bərdə rayon sakini Elramin Xəlilova məxsus "VAZ-2106" markalı avtomobil Nərimanov rayonu Ə.Əlizadə küçəsindən qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, DİN ÇPA və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri - Fərid Məhərrəmov, Elnur İsayev və Valeriy Qroşov avtomaşınla birlikdə Salyan yolunda saxlanılıb.

Şərhlər