Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-də və 14-də atəşkəs rejimini pozub. Erməni ordusu saat 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.15-dən 23.20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında, sentyabrın 14-də saat 01.00-dan 01.10-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
ANSPRESS