Hadisə

Ata mülkü qardaşlar arasına qan saldı

Ata mülkü qardaşlar arasına qan saldı. Pay vermediyi üçün qardaşını bıçaqladı.

· Xəbərçi
Ata mülkü qardaşlar arasına qan saldı
Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini 64 yaşlı Niyaz Namazov atasına məxsus mülk bölgüsü zamanı yaranan mübahisə nəticəsində qardaşı 53 yaşlı Məhəmmədəli Namazovu bıçaqlayıb. Döş qəfəsindən 3 bıçaq zərbəsi alan şəxs Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Rayon polis şöbəsindən “Kəpəz TV”yə verilən məlumata görə, bıçaqlanma hadisəsini törədən Niyaz Namazov polislərin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin ifadə zamanı Niyaz Namazov qardaşını ona atasına məxsus mülkdən pay vermək istəmədiyi üçün bıçaqladığını etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər