Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən qarajda kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ qəsəbəsində yerləşən və “Akkord” şirkətinə məxsus olan avtomobil qarajında işləyən Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Piriyev Məmmədağa Ağadadaş oğlunun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin məlumata görə, M.Piriyev ürək çatışmazlığından ölüb. Ölümün səbəbləri araşdırılır.
Akkord qarajında facie
Hadisenin sebebleri araşdırılır.




Şərhlər