Ağsu rayonunda yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Ərəbuşağı kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 342 kv.m olan 2 mərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsi yanıb.
Evin içərisindəki ev əşyaları da yanıb. Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunub. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Ağsu rayonunda ev yanıb
Hadisə rayonun Ərəbuşağı kəndində baş verib.




Şərhlər