Hadisə

Ağır qəza ailəni bədbəxt etdi

Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

· Xəbərçi
Ağır qəza ailəni bədbəxt etdi
Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Şamaxı polis şöbəsində verilən məlumata görə, iki “VAZ-2107” dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Deyilənlərə görə, yaralılardan dördü bir avtomobildə olub. Onların bir ailənin üvləri olduğu bildirilir. Yaralılar 36 yaşlı Eldəniz Behbudov, onun arvadı 30 yaşlı Pərvanə Behbudova, övladları, 10 yaşlı Kənan və 13 yaşlı Tərgüldür. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər