Ağdaşda bir nefer kanalda batıb
17 Avqust 2013 Şənbə 18:20
Cesed batdığı yerden texminen 100 m aralıda aşkar edilib.
Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindəki Ləki kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən 70 km aralıda nəzarətsiz ərazidə) batan 1998-cı il təvəllüdlü Rəşad Azər oğlu Bəbişovun axtarışları başa çatıb. ANS PRESS FHN-ə istinadən xəbər verir ki, R.Bəbişovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: