Abşeronda kabel oğrusu iş başında saxlanılıb
19 Fevral 2013 Çərşənbə Axşamı 07:20
Elektrik naqillərini xüsusi üsulla kəsən oğru bunu həbsxana dostundan öyrənib.
Abşeron polisi elektrik naqillərini oğurlamaqla qazanc əldə etmək istəyən şəxsi iş başında yaxalayıb. Oğurluq əməlini törədən şəxs 28 yaşlı Alıyev Hidayət Vəlixan oğludur. Məlum olub ki, Hidayət Alıyev Abşeron rayon regional elektrik şəbəkəsinə məxsus yüksək gərginlikli elektrik naqillərini xüsusi üsulla kəsibmiş. Araşdırmalar zamanı onun bu yolla Bakının Binəqədi rayonunda da elektrik naqillərini oğurladığı müəyyən edilib.
Abşeron RPŞ-nin müstəntiqi Məhəmməd Tağıyev saxlanılanın bu üsulu həbsxama dostundan öyrəndiyini deyib: “Müəyyən edilib ki, o bu üsulu türmədən tanıdığı Əli adlı şəxsdən öyrənib. Hidayət əvvəllər də oğurluqla bir neçə dəfə tutulub”.
Alıyev əldə etdiyi naqilləri əlvan metal qəbulu məntəqələrinə satmağı planlaşdırdığını da etiraf edib. Hidayətin bu dəfəki cinayət əməlinə qarşı cinayət məcəlsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
DOSTLARINLA PAYLAŞ: