Abşeron rayonunda yaşayış evində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 6 otaqlı evin dam örtüyü, 5 otağın yanar konstruksiyaları və ev əşyaları 200 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Abşeronda 6 otaqlı ev yanıb
Evin 5 otağı əşyaları ilə birlikdə kül olub.




Şərhlər