Gürcüstanın paytaxtı Tiflisdə 9-cu mərtəbədən yıxılan uşaq sağ qalıb. Altı yaşlı Nikoloz Qacava yüngül xəsarətlə şəhərdəki İaşvili adına klinikaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildiriblər.
Şahidlərin sözlərinə görə, hadisə vaxtı uşaq mənzildə tək olub. Hadisədə ehtiyatsızlıq nəticəsində baş verib. 6 yaşlı uşağın sağ qalmasına səbəb isə onun aşağı mərtəbədə paltar sərilmiş ipə ilişməsi olub. Uşaq ipə dəyəndən sonra yerə düşüb.
9-cu mərtəbədən düşən uşaq sağ qaldı
Uşağın sağ qalmasına səbəb isə paltar sərilmiş ip olub




Şərhlər