65 yaşlı kişidən narkotik maddə tapıldı 
    15 Mart 2013 Cümə 07:14
    Saxlanılan şəxs barəsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
    
                	 
    
         Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş  əməliyyat axtarış tədbirləri nəticəsində Ağsu şəhər D.Bünyadzadə küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan 65 yaşlı Mustafayev Fəqani Mülhəd oğlunun idarə etdiyi “VAZ-2106”  markalı 90 EN 572 dövlət qeydiyyat nişanlı avtomobildən 5.6 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Hazırda saxlanılan şəxs barəsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb həbs-qətimkan tədbiri secilib.
DOSTLARINLA PAYLAŞ: