5 neferin ölümüne sebeb olan sürücü tutulub
25 Dekabr 2013 Çərşənbə 12:45
"Azerkörpü" Tikinti Şirketine mexsus "KamAZ" markalı betonqarışdıran maşının sürücüsü İlham Yunisov saxlanılıb.
Bakı-Quba magistralının Sumqayıt şeheri yaxınlığından keçen hissesinde baş vermiş ağır qezaya göre betonqarışdıran maşının sürücüsü tutulub.
Hüquq-mühafize orqanlarından Trend-e bildirilib ki, 5 neferin ölümü ile neticelenen qeza ile bağlı cinayeti töretmekde şübheli bilinen "Azerkörpü" Tikinti Şirketine mexsus "KamAZ" markalı betonqarışdıran maşının sürücüsü, 1977-ci il tevellüdlü Yunisov İlham emiraslan oğlu saxlanılıb.
Onun haqqında yaxın saatlarda hebs qetimkan tedbirinin seçileceyi gözlenilir.
Qeyd edek ki, dekabrın 24-de Bakı-Quba yolunun 22-ci kilometrliyinde "Mercedes" markalı minik avtomobili ile betonqarışdıran maşın toqquşub. Neticede sürücünün idareetmesinden çıxan betonqarışdıran maşın yolun ortasındakı metal çeperleri dağıdaraq eks istiqamete keçib ve "Nissan Tiida"ya çırpılıb. Maşın "Nissan Tiida"nın üstüne aşıb. Avtomobilde olan 5 nefer ele hadise yerindece keçinib.
DOSTLARINLA PAYLAŞ: