30 yaşlı qadın intihar etmək istədi
11 Oktyabr 2013 Cümə 13:28
Qadın intihar etmək üçün çoxlu sayda dərman qəbul edib.
Bu gecə Bakının Xətai rayonu ərazisində 30 yaşlı qadın özünü öldürmək istəyib. Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, Zığ yolunda Yeni yaşayış massivində yaşayan Samirə Camalova çoxlu sayda dərman içib.

Qadın huşsuz halda doğmaları tərəfindən yataq otağında tapılıb. Dərhal təcili yardım çağırılıb. Ona ilkin yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Hazırda Samirə Camalovanın həyatı üçün təhlükə yoxdur. Onun nə səbəbdən özünə qəsd etmək istəməsinin səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar