3 uşaq atası ağacdan yıxılıb öldü
19 Sentyabr 2013 Cümə Axşamı 10:32
49 yaşlı kişi qoz çırpmaq üçün ağaca çıxıbmış.
Şəkinin Gunut kəndində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Şakir Əlibala oğlu Əhmədov yaşadığı evin həyətyanı sahəsində qoz çırpmaq üçün ağaca çıxıb.

Ehtiyatsız hərəkət nəticəsində o, ağacdan yıxılıb. Hadisə nəticəsində Şakir Əhmədov ağır bədən xəsarətləri alıb. Onu Şəki Mərkəzi şəhər Xəstəxanasına çatdırsalar da, həkimlər Şakir Əhmədovun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Şakir Əhmədov 3 uşaq atasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar