23 yaşlı gənc intihar edib
02 Avqust 2009 Bazar 13:10
Yuxarı Qarabağ kanalından meyit tapılıb.
Suda meyitin olması barədə polisə balıqçılar məlumat veriblər.

Müəyyən edilib ki, meyiti tapılan şəxs Mingəçevir şəhəri Energetiklər qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Yusifov Əsgər Vəli oğludur.

Mərhumun atası Vəli Yusifovun sözlərinə görə, oğlu dəfələrlə naməlum səbəbdən evdə söz-söhbət yaradıb və bir gün özünü öldürəcəyini bildirib. O, sonuncu dəfə iyulun 30-da evdən küsüb gedərkən özünü Mingəçevir su anbarına atacağını bildirib və geri qayıtmayıb. Mərhumun özünü Mingəçevir su anbarına ataraq intihar etdiyi, suyun onun meyitini yuxarı Qarabağ kanalına apardığı ehtimal olunur.

Qeyd edək ki, Ə. Yusifov Mingəçevir rayonlararası Psixonevroloji Dispanserdə xəstə kimi qeydiyyatda olub.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar