19 yanğınsöndüren diri-diri yandı
01 İyul 2013 Bazar Ertəsi 10:31
Yanğınsöndürənlər dünən yanğını söndürərkən itkin düşüb, sonradan onların meyidləri aşkar edilib.
Amerika Birləşmiş Ştatlarında anomal istilərin səbəb olduğu meşə yanğınları zamanı insan itkisi qeydə alınıb. Arizona ştatında güclü meşə yanğını ilə mübarizə aparan 19 yanğınsöndürən həlak olub. Faciə Feniks şəhərindən 120 kilometr aralıda baş verib. Yanğınsöndürənlər dünən Yarnell şəhəri üçün təhlükə törədən yanğını söndürərkən itkin düşüb, sonradan onların meyidləri aşkar edilib.

Hazırda Arizonada meşə yanğınları ilə 200-ə yaxın yanğınsöndürən mübarizə aparır, günün sonunadək onlara daha 130 yanğınsöndürənin, eləcə də yanğınsöndürən təyyarə və helikopterlərin cəlb ediləcəyi gözlənilir. Yanğınla əlaqədar Yarnell şəhərinin sakinləri təhlükəsiz yerlərə evakuasiya edilib. Bəzi yollar bağlanıb.

Qeyd edək ki, ötən həftəsonu başlayan meşə yanğını Arizonanın Feniks ştatı yaxınlığında azı 50 evin məhv olmasına səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar