13 yaşlı Tərtər sakini minaya düşüb
10 İyun 2009 Çərşənbə 19:30
Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılan gəncin üzərində əməliyyat aparılıb

 

Bu gün günorta radələrində Tərtər rayonunda bir mülki şəxs minaya düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qazyan kəndi yaxınlığında yerləşən kökəltmə məntəqəsinin ərazisində baş verib.

Əslən Laçın rayonundan olan məcburi köçkün, 13 yaşlı Babək Cabbarov qoyun otararkən minaya düşüb.

Təcili olaraq Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılan gəncin üzərində əməliyyat aparılıb.

Xəstəxanadan verilən məlumata görə, B.Cabbarov əsasən ayağından qəlpə yaraları alıb. Onun vəziyyəti orta ağırdır.

Şahir Rzayev /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar