Saatlı və Sabirabad sakinlərindən 5 min manat məbləğində 50 ədəd 100 manatlıq saxta pul əskinazları aşkarlanıb.
Sabirabad polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı Saatlının Məmmədabad kənd sakini 22 yaşlı Azad Qəmbərovun üzərindən 50 ədəd 100 manatlıq saxta pul əskinazları aşkar edilib.
Azad Qəmbərov dindirilərkən pulu Sabirabadın Nizami kəndində yaşayan dayısı 52 yaşlı İlyas Abdullayevdən aldığını deyib. Sonuncu isə saxta pulları rayonun Poladtoğayı kəndində yaşayan 26 yaşlı Cabbar Umudovdan aldığını bildirib.
Polis in bildirdiyinə görə, bu şəxslərin daha əvvəllər hər hansı cinayət əməlində iştiraklarının olub olmaması hələlik dəqiq məlum deyil. İndi araşdırmalar 5 min manatlıq saxta əskinazlrın mənbəyinin aşkarlanması istiqamətində davam etdirilir.