Təlimlərimiz erməniləri qorxuya salıb
07 May 2014 Çərşənbə 13:25
Təlimlərimiz erməniləri qorxuya salıb. Erməni hərbi ekspert əhalini sakitliyə çağırıb.
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində döyüş hazırlığı üzrə keçirdiyi təlimlər erməniləri təşvişə salıb.

ANS PRESS-in məlumatına görə, ordumuzun keçirdiyi təlimlər erməni mətbuatında geniş şəkildə işıqlandırılır.

Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr təmas xəttində kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Erməni mətbuatına danışan hərbi ekspert Arkadi Qriqoryan Azərbaycan tərəfinin pilotsuz təyyarələrin kəşfiyyat uçuşları aparmasına inanmadığını deyib. Arkadi Qriqoryan Azərbaycan mətbuatında yazılanların şişirdildiyini deyərək erməniləri təşvişə düşməməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən təlim məşğələləri keçirilib. Səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar