Şəhidlərin xatirəsi əbədi yaşayacaq
02 Avqust 2014 Şənbə 08:31
Cəbhədə 8 Azərbaycan əsgərinin şəhid olması bütün ölkəni sarsıtdı. Prezident İlham Əliyevin qızları da millətlə öz həmrəyliklərini nümayiş etdiriblər.
Cəbhədə 8 Azərbaycan əsgərinin şəhid olması bütün ölkəni sarsıtdı. Prezident İlham Əliyevin qızları da millətlə öz həmrəyliklərini nümayiş etdiriblər.

ANS PRESS-in məlumatına görə, Arzu Əliyeva öz feysbuk səhifəsində dalğalanan Azərbaycan bayrağını paylaşaraq şəhidlərə rəhmət oxuyub:

“Vətən uğrunda ölənlərin xatirəsi əbədi yaşayacaq. Allah Rəhmət eləsin” (Память о погибших за Родину будет жить вечно. Allah Rəhmət eləsin.))

Prezidentin digər qızı Leyla Əliyeva isə öz feysbuk səhifəsində Azərbaycan bayrağı olan “matəm lenti”ni paylaşaraq həmrəyliyini bildirib. Hər iki şəkil sosial şəbəkədə çox sayda bəyənilib.

Qeyd edək ki, dünən Azərbaycan ordusu erməni silahlı qüvvələri ilə döyüşdə 8 şəhid verib. Şəhid olanlardan 2-i gizir, 6-i isə əsgərdir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar