Rusiya Dağlıq Qarabağı işğal edəcək?
11 Sentyabr 2014 Cümə Axşamı 11:40
Dağlıq Qarabağ Rusiyanın dağılmış imperiyanın bərpası üçün göstərdiyi növbəti səylərindən biridir.
ANS PRESS-in məlumatına görə, bu haqda "The New York Times"da nəşr edilən məqalədə deyilir. Müəllif Brenda Şeffer qeyd edir ki, öz həllini tapmamış münaqişə Rusiya qoşunlarına regiona girməyə və hər iki tərəfi buna məcbur etməyə imkan verir.

Onun sözlərinə görə, Rusiya qoşunları bölgədə olduğu müddətcə bu iki ölkə Qərblə sıx əməkdaşlıq edə bilməyəcək:

"Açıq müharibənin yenidən alovlanması Rusiyanın sülhməramlılıq bəhanəsi ilə bölgəyə əlavə qoşunlar göndərməsinə imkan verəcək. Rusiya bu addımlarla həmçinin, Avropanın Rusiya yanacağından asılılığını azaldacaq regiondakı böyük qaz layihəsinin ləğvinə səbəb ola bilər. ABŞ prezidenti Barak Obama Putini Qafqazdan kənarda tutmaq üçün Azərbaycan və Ermənistan prezidentlərini Vaşinqtona dəvət etməli və göstərməlidir ki, Amerika Cənubi Qafqazı tərk etmir", – deyə Şeffer qeyd edib.

Müəllifin fikrincə, Qərb Moskvanın daha bir regionu tutmasının qarşısını almaq üçün yeni strategiyaya ehtiyac duyur: "Dağlıq Qarabağ Rusiyanın dağılmış imperiyanın bərpası üçün göstərdiyi növbəti səylərindən biridir. Əgər Cənubi Qafqaz öz müstəqilliyini itirərək Rusiyanın tərkibinə daxil olarsa, onda bu, Amerika üçün ölümcül zərbə olacaq", – deyə politoloq bildirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar