Gündəm

Rabitə naziri Əli Abbasov işdən çıxarıldı

Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarılıb.

· Xəbərçi
Rabitə naziri Əli Abbasov işdən çıxarıldı
Milli təhlükəsizlik nazri Eldar Mahmudovun işdən azad edilməsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də telefon dinləmələrinə görə bir neçə səlahiyyətli şəxsin saxlanılması haqda məlumatlar yayılmışdı. 
 
Bu məlumatların bəzilərini Əli Abbasov özü qismən təsdiqləmişdi. Bundan əlavə Əli Abbasovun Baş Prokurorluqda dindirilməsi haqqında məlumatlar da yayılmışdı.

Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarılıb.

 

Şərhlər