“İran qazı olmasa "Nabukko" layihəsinin reallaşdırılması mümkün deyil”. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü “Mehr” informasiya agentliyinə müsahibəsində İranın neft naziri Qulam Hüseyn Nozari bildirib.
"Bu gün “Nabukko” boru kəmərinin qazla doldurulması üçün etibarlı mənbələr yoxdur. İranın iştirakı olmadan bu vəzifə icra oluna bilməz", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, İslam Respublikası yaxın illərdə təbii qaz istehsalını əhəmiyyətli dərəcədə artırmağı və onun həcmini 2015-ci ilədək sutkada 1,1 milyard kubmetrədək çatdırmağı planlaşdırır. /ANS PRESS/