Ermənistan tökülən qanların hesabını verəcək
04 Avqust 2014 Bazar Ertəsi 16:32
İnşallah işğalçı Ermənistan bütün şəhidlərimizin tökülən qanlarının hesabını verəcək. Allah böyükdür!
"İnşallah işğalçı Ermənistan bütün şəhidlərimizin tökülən qanlarının hesabını verəcək. Allah böyükdür!".

ANS PRESS-in məlumatına görə, mütamadi olaraq cəbhə bölgələrinə səfər edən, şəhidlərimizin dəfn mərasimlərinə qatılan millət vəkili Qənirə Paşayeva bu gün dünyasını dəyişən əsgərimiz Anar Vidadi oğlu Qarazadənin ailəsinə başsağlığı verib.

"Şəhid qardaşımız Qarayev Anar Vidadi oğluna Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun. İşğalçı Ermənistan ordusunun təxribatlarına layiqli şəkildə cavab verərkən ağır yaralanaraq şəhid olan qəhrəman qardaşımızla fəxr edirik. İnşallah işğalçı Ermənistan bütün şəhidlərimizin tökülən qanlarının hesabını verəcək. Allah böyükdür!"-deyə Paşayeva başsağlığı verib.

Qeyd edək ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlu bu gün vəfat edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!


DOSTLARINLA PAYLAŞ:

oyunlar