Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “Madrid prinsipləri”ni lehinə çıxış etməyib. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda Avropa İttifaqının hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildlə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.
“Ermənistan tərəfi heç vaxt rəsmi səviyyədə "Madrid prinsipləri"ni təsdiq etdiyini bildirməyib. Biz yalnız onların mövcud danışıqlar üçün əsas olduğunu bildirmişik”,- deyə o bildirib.
Ermənistanlı nazir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvadakı danışıqlarda erməni qoşunlarının çıxarılma cədvəlinin müzakirə olunduğuna dair bəyanatını da təkzib edib.
Edvard Nalbandyan Moskva görüşü zamanı belə bir məsələnin ümumiyyətlə müzakirə olunmadığı vurğulayıb./ANS PRESS/