Gündəm

Erməni əsir Akop İnciqulyan təhvil verilib

Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.

· Xəbərçi
Erməni əsir Akop İnciqulyan təhvil verilib
Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.

ANS PRESS-in məlumatına görə, Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

Bu barədə A.İnciqulyanın qardaşı məlumat verib. O bildirib ki, əsirin üçüncü ölkəyə təhvil verilməsi barəsində avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisindən məlumat verilib.

Qeyd edək ki, erməni hərbi əsir Akop İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.

Şərhlər