Baş Prokurorluğun rüşvət faktı barədə açıqlaması
18 Fevral 2014 Çərşənbə Axşamı 22:55
Aparılmış əməliyyat tədbirləri zamanı Ağcabədi Pedaqoji Kollecinin həbs edilən direktor əvəzi Sahib Hüseynovun üzərindən 5.432 manat nağd pul götürülüb.
Azərbaycanın Baş Prokurorluğu Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir fakt barədə açıqlama edib.

Bu dəfə Ucar rayon sakini, Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovdan şikayət edib. Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvət alıb. Onun barəsində rüşvət alma maddəsi ilə cinayət işinə başlanıb. Rüşvət almaqda şübhəli bilinərək həbs edilən Ağcabədi pedaqoji kollecinin direktor əvəzi Sahib Hüseynov barədə rəhbərlik etdiyi təhsil ocağından hər hansı məlumat vermədilər. Kollecdə təhsil alan tələbələr də bu barədə fikir bildirmədilər. Kollecin müəlliimləri isə olanların qış tətilinə təsadüf etdiyini vurğuladlıar.

Hadisə barədə Baş prokurorluğun açıqlaması isə belədir. Kollecin direktor əvəzi Sahib Hüseynov qış imtahan sessiyası zamanı imtahanlardan qiymət alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 450 manat məbləğində rüşvəti alarkən yaxalanıb və qeyd edilən əmələ görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal və digər istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilib. Sahib Hüseynov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar