Bu gün Zaqatalada zəlzələ baş verib. ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 12:50-də Zaqataladan 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 2,8, dərinliyi 9 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.
Dağıntı və xəsarət alan olmayıb.
Qeyd edək ki, bir necə il öncə Zaqatalada baş verən güclü zəlzələ nəticəsində onlarla ev dağılmışdı.
Zaqatalada zəlzələ baş verib
Zaqatalada günorta baş verən zəlzələ episentrdə 3 bala qədər hiss edilib.




Şərhlər