Ölkə

Zaqatalada yeraltı təkanlar səngiyir

“Əvvəlki günlərə nisbətən son bir neçə gündə Zaqatalada baş verən zəlzələlərin sayı azalıb.

· Xəbərçi
Zaqatalada yeraltı təkanlar səngiyir


Buna baxmayaraq, zəlzələ ocağında gərginlik hələ də davam edir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, son sutka ərzində Zaqatalada 10 xırda və hiss edilməyən yeraltı təkan olub. Ümumilikdə, mayın 7-dən bu yana Zaqatala ərazisində maqnitudası 1 baldan aşağı 1000-dən çox, 1 baldan yuxarı isə 500-dən artıq yeraltı təkan qeydə alınıb.

Şərhlər