Zaqatala yenə silkələndi
15 May 2012 Çərşənbə Axşamı 10:16
Gecə baş verən təkanların maqnitudası 3.00 olub.
Azərbaycan ərazisində yenidən zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar Zaqatala rayonunda qeydə alınıb. Maqnitudası 3.00 olan yeraltı təkanlar səhər saat 05:30 radələrində Zaqatala rayonu ərazisində, Zaqatala şəhərindən 3 km cənubda baş verib.
DOSTLARINLA PAYLAŞ: