Yol polisi uşaqlar üçün tədbir keçirdi
01 İyun 2012 Cümə 12:45
Tədbir “Yol qəzaları hadisələrindən həyat və sağlamlığımızı qoruyaq” devizi alında keçirilib.
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Nəsimi rayonunda yerləşən 46 saylı məktəbdənkənar tərbiyyə mərkəzinin birgə təşkilatçılığı ilə “Yol qəzaları hadisələrindən həyat və sağlamlığımızı qoruyaq” devizi alında maarifləndirici aksiya keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, aksiyada yol polisi əməkdaşları, məktəb şagirdləri, valideynlər, müəllimlər iştirak edib.

Tədbirdə “Sürət məsafəni yox, ömrü qısladır”, “Yeraltı keçiddən keç, təhlükədən uzaq ol” və digər şüarlar səsaləndirilib. Şagirdlər yol hərəkəti haqqında biliklərini nümayiş etdiriblər. Tədbirdə fərqlənən şagirdlər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar