Yaxın günlərdə Bakıda yeraltı piyada keçidləri istifadəyə veriləcək
11 May 2012 Cümə 17:11
Onlardan biri Funikulyor, digəri isə Bakı Dəniz Limanı ərazisində yerləşir.
Bir neçə gündən sonra paytaxtın Neftçilər prospekti ərazisində iki yeraltı piyada keçidi şəhər sakinləri və qonaqların istifadəsinə veriləcək. Keçidlərdən biri Funikulyorun ərazisində yerləşir. Demək olar ki, o keçidin tikintisi başa çatıb. Keçiddə video müşahidə sistemi quraşdırılıb. Divarlarında yeni və müasir üslubu özündə əks etdirən işıqlar quraşdırılıb. Bir çox keçidlərdən fərqli olaraq burada nəzarətçi otağı da tikilib.

Bakı Dəniz Limanı ərazisindəki ikinci keçiddə də artıq son tamamlanma işləri aparılır. Keçiddə ekskalatorlar, əlillər üçün panduslar quraşdırılıb. Burada da vətəndaşların təhlükəsizliyi üçün video müşahidə sistemi qurulub.

Şəhər sakinləri də nəqliyyatın intensiv olduğu Neftçilər prospektində piyada keçidlərinin tikintisini təqdirəlayiq hesab edirlər. Yeri gəlmişkən, paytaxtda bir neçə yerdə həm yeraltı, həm də yerüstü piyada keçidlərinin tikintisi davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar