Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 3 uşaq xilas olunub
19 İyun 2012 Çərşənbə Axşamı 10:35
FHN dalğıc-xilasediciləri ötən gün 4 nəfəri xilas ediblər.
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü 1 nəfər, 1998-ci il təvəllüdlü 1 uşaq və 2001-ci il təvəllüdlü 2 uşaq Abşeron rayonu “Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar