Top həm düşər, həm qalxar filmi beynəlxalq idman filmləri festivalının qalibi olub
10 İyul 2012 Çərşənbə Axşamı 16:12
“Top həm düşər, həm qalxar” filmi “Ən yaxşı sənədli film” nominasiyasında birinci yerə layiq görülüb.
Rusiyanın Yakutsk şəhərində IV Beynəlxalq idman filmləri festivalı başa çatıb. Əsas müsabiqə proqramı 150 filmdən ibarət olan kinofestivalda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Portuqaliya, Ukrayna, İran, Özbəkistan və digər ölkələrdən təqdim olunmuş müxtəlif səpkili idman filmləri bir neçə nominasiya üzrə yarışıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən vertrilən məlumata görə, Azərbaycan kinosunu festivalda rejissor Arzu Urşanın “Salnamə” studiyasında çəkdiyi “Top həm düşər, həm qalxar” filmi təmsil edib.
Azərbaycan filmi münsiflər heyətinin yekdil qərarı ilə festivalın “Ən yaxşı sənədli film” nominasiyasında birinci yerə layiq görülüb.
Festivalın bağlanış mərasimində mükafatı qəbul edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov festivalın yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
DOSTLARINLA PAYLAŞ: