Taksofonlardan mobil operatorlara edilən zənglər ucuzlaşacaq
29 May 2012 Çərşənbə Axşamı 19:06
Yeni tariflər iyunun 1-dən qüvvəyə minəcək.
“Bakcell”, “Azercell” və “Azerfon” mobil operatorlarının şəbəkəsinə “Aztelekom” və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinin (İB) taksofonlarından gedən zənglərin dəqiqəsinin dəyəri 44,4 faizədək aşağı salınacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildiriblər ki, yeni tariflər iyunun 1-dən qüvvəyə minəcək. Zənglərin bir dəqiqəsi 18 qəpikdən 10 qəpiyədək azaldılacaq.

Hazırda respublika üzrə "Aztelekom"un istismarında olan taksofonların sayı 87 ədəddir. "Bakı Telefon Rabitəsi" İB tərəfindən isə 1200 taksofon quraşdırılıb. Onlardan 200-dən çoxu yeni tipli (ödənişi həm pul, həm də kart vasitəsilə qəbul edən GSM və CDMA taksofonları) taksofonlardır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar