Sumqayıtda dəniz kənarından döyüş sursatı tapılıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, Tağıyev qəsəbəsində dəniz kənarında partlayıcı maddənin aşkarlanması barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və aşkarlanan sursatın 1 ədəd 45 santimetrlik tank mərmisi olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda tank mərmisi tapıldı
Tank mərmisi dəniz kənarında aşkar edilib.




Şərhlər